Makron Polşada Ukraynaya qoşun göndərilməsini müzakirə edəcək

Makron Polşada Ukraynaya qoşun göndərilməsini müzakirə edəcək
  11 Dekabr 2024    Oxunub:405
Fransa prezidenti Emmanuel Makron dekabrın 12-də Polşaya səfər edəcək. O, Varşavada Ukraynanın suverenliyini qorumaq üçün Avropa sülhməramlı missiyası planını müzakirə etməyi planlaşdırır.
AzVision.az xəbər verir ki, Polşanın “Rzeczpospolita” nəşrinin yazdığına görə, indi yalnız müstəsna hallar Makronu Fransadan çıxaraq başqa ölkəyə getməyə məcbur edə bilər. Ancaq gecikmələrə imkan verməyən başqa bir siyasi təqvim də var. Söhbət Donald Trampın ABŞ prezidenti kimi andiçmə mərasimindən gedir.

Mediada yayımlanan məlumatda Makronun Trampla söhbəti zamanı ona “Avropa ABŞ və Rusiya arasında danışıqlardan kənarda qala bilməz” dediyi istisna olunmur.

“Makron Kremlin gələcəkdə mümkün atəşkəsi və müəyyənləşdirilmiş demarkasiya xəttini pozmamasını təmin edəcək sülhməramlı missiya məsələsini qaldıra bilər. Beləliklə, sürətlə artan hərbi imkanları və coğrafi mövqeyi ilə Polşa belə bir planın mühüm hissəsinə çevrilir”, - Polşanın “Rzeczpospolita” qəzeti yazır.

Nəşrin fikrincə, bu cür sülhməramlı missiyada nə qədər çox ölkə iştirak etsə, Rusiyanın Ukraynaya yenidən zərbə endirməyə cəsarətiinin çatmayacağı şansı bir o qədər artır.

Sahil İsgəndərov
AzVision.az


Teqlər: Makron   Polşa   Ukrayna  





Xəbər lenti