Rusiyanın “Oreşnik”inə NATO hansı cavabı hazırlaya bilər?
Jurnalda dərc olunan məqaləsində ekspert vurğulayıb ki, 2023-cü ildə Rusiyanın Belarus ərazisində qeyri-strateji nüvə silahları yerləşdirdiyini elan etdikdən sonra Polşa özünün “F-35 Lightning II” təyyarələrində “B61” bombalarını quraşdırmağa hazır olduğunu bildirib. Bu ölkə NATO-nun tamhüquqlu üzvü olmaqla nüvə silahı mübadiləsi proqramında iştirak üçün müraciət edə bilər.
Vayhertin fikrincə, Ukrayna NATO üzvü olmasa da, nüvə dövlətinə çevrilmək arzusu ilə “alışıb-yanır”. Bu baxımdan, termonüvə bombalarının Polşa və Ukraynaya ötürülməsi gərginliyi artırmaqla, Rusiya ilə münaqişənin sülh yolu ilə həlli ehtimalını azaldacaq.
“Qərbin NATO üzvü olmayan Ukraynada nüvə silahının yerləşdirilməsinə və ya daha pisi, Ukraynaya ötürülməsinə icazə verəcəyi fikri mahiyyətcə dəlilikdir. Təəssüf ki, Ukraynada müharibənin necə inkişaf etdiyini nəzərə alsaq, bunu istisna etmək olmaz. Çünki ABŞ artıq Kiyevi uzaqmənzilli silahlarla təmin edib və onların Rusiya ərazilərinə hücumlar üçün istifadəsinə icazə verib”, - ekspert vurğulayıb.
Vayhert “B61” bombasının “Oreşnik” üçün “ekvivalent” təhlükə ola biləcəyinə əmindir. Lakin Ukrayna və Polşanın termonüvə bombaları ilə silahlanması sabitliyi pozacaq, Kiyev və Moskva arasında qarşıdurmada gərginliyi artıracaq.
Qeyd edək ki, “B61” ABŞ-nin strateji nüvə qüvvələrinin silahlanma arsenalında olan termonüvə bombasıdır. Nüvə silahı bir neçə dəfə modernləşdirilib. Belə bombalar Belçika, Almaniya, İtaliya, Hollandiya və Türkiyədə yerləşdirilib.
2023-cü ildə ABŞ “B61−13” bombasının yeni modifikasiyasının istehsalına başlandığı barədə məlumat yaydı. Yeni variantın ilk tədarükləri 2026-cı ildə gözlənilir. Bu arada, nüvə sahəsində Çin və Rusiya ilə qarşıdurmada paritet əldə etmək üçün ölkənin nüvə silahı arsenalına daha 200 ədəd belə sursat əlavə olunub.
Sahil İsgəndərov
AzVision.az
Teqlər: Rusiya "Oreşnik" NATO "B61"