İran XİN: "Suriyadakı səfirliyimizin fəaliyyətinə yenidən baxılacaq"

      İran XİN:    "Suriyadakı səfirliyimizin fəaliyyətinə yenidən baxılacaq"
  17 Dekabr 2024    Oxunub:471
"Suriyada hakimiyyətin dəyişməsi fonunda fəaliyyətini dayandırmış səfirliyimiz yalnız zəruri şərtlər yerinə yetirildikdən sonra yenidən açıla bilər".
Bu sözləri İran Xarici İşlər Nazirliyinin sözçüsü İsmayıl Bəqai yerli mətbuata açıqlamasında dilə gətirib. O diqqətə çatdırıb ki, "Tehranın müttəfiqi Bəşər Əsədin devrilməsi əsnasında diplomatik missiya vandalizmə məruz qalıb".

"Dəməşqdəki səfirliyimizin yenidən fəaliyyətə başlaması üçün lazımi hazırlıq və əlbəttə, səfirliyin və onun əməkdaşlarının təhlükəsizliyinin təminatı zəruridir. Bu məqsədlə aparılan işlərə gözlədiyimiz şərait yaradılanda yenidən baxılacaq", - sözçü bildirib.
Mühacirani: "Ümidvarıq ki, yeni rəhbərlik doğru mövqe tutacaq"

Xatırladaq ki, dekabrın 8-də 24 illik Bəşər Əsəd hökumətinin müxalif qüvvələr tərəfindən devrlməsi fonunda Dəməşqdəki səfirliyin diplomatları təhlükəsiz əraziyə köçürülüblər. Səfirliyin binası talana məruz qalıb. İran Suriyada 2011-ci ildə başlayan vətəndaş müharibəsində Bəşər Əsədi dəstəkləyirdi.

Firudin Həmidli
AzVision.az


Teqlər:   İran   Suriya   səfirlik  





Xəbər lenti