FTB xalqa müraciət etdi: Uçan obyektlərə atəş açmayın!

FTB xalqa müraciət etdi:    Uçan obyektlərə atəş açmayın!
  17 Dekabr 2024    Oxunub:453
ABŞ-nin Federal Təhqiqatlar Bürosu (FTB) xalqa maraqlı müraciət ünvanlayıb. FTB amerikalılardan havada gördükləri uçan obyektləri lazerlərlə işıqlandırmamağı və ya onları atəşə tutmamağı xahiş edib.
Səbəb isə, səmada hərəkət edən obyektlərin arasında pilotla idarə olunan texnikaların da olmasıdır.

Müraciət Nyu-Cersi ştatının Nyuark şəhərində yerləşən FTB ofisinin X sosial şəbəkə hesabında yerləşdirilib.

Naməlum qardaş onu izləyir | VIDEO
Açıqlamada, pilotların gözlərinə lazer şüalarının düşməsi ilə bağlı arzuolunmaz hallarının artması da qeyd edilib. O da vurğulanıb ki, insanlar artıq səmada hər hansı nisbətən kiçik texnika görən kimi elə bilirlər ki, bunlar pilotsuz uçan aparatlardır.

FTB ofisi vətəndaşları onların PUA ilə səhv saldıqları, lakin pilot tərəfindən idarə olunan obyektlərə qarşı odlu silahdan istifadəyə dair də xəbərdarlıq edib.

"Əgər içində insan olan hava texnikası PUA bilinib səhvən atəşə tutularsa, bunun təhlükəli və ölümcül nəticələri ola bilər",- FTB mütəxəssisləri yazıblar.

Xatırladaq ki, dünən “War Zone” portalı Amerikanın Ohayo ştatının hava məkanında naməlum uçan obyektlərin peyda olması barədə məlumat yaymışdı. Məlumatda qeyd edilib ki, Hərbi Hava Qüvvələrinin tədqiqat laboratoriyasının yerləşdiyi hərbi bazanın yaxınlığında naməlum pilotsuz təyyarələr uçur.
Tural Tağıyev
AzVision.az



Teqlər:   ABŞ   Uçan-Obyekt  





Xəbər lenti