Şolts Bundestaqa seçkilərdən əvvəl Trampla görüşmək niyyətindədir

Şolts Bundestaqa seçkilərdən əvvəl Trampla görüşmək niyyətindədir
  18 Dekabr 2024    Oxunub:528
Almaniya Kansleri Olaf Şolts fevralın 23-nə təyin edilmiş federal seçkilər öncəsi ABŞ-ın yeni seçilmiş Prezidenti Donald Trampla görüşmək niyyətindədir.
AzVision.az Report-a istinadən xəbər verir ki, bu barədə DPA agentliyi Almaniyanın hökumət dairələrindəki mənbələrə istinadən yazıb.

Məlumata görə, Şolts Trampın noyabr seçkilərində qələbə qazanmasından sonra onunla ilk telefon danışığı zamanı amerikalı siyasətçiyə vəzifəsinin icrasına başlayandan dərhal sonra onunla görüşmək arzusunu ifadə edib. “Bunun baş tutması mümkündür”, - DPA qeyd edir.

Şolts hələlik Trampın andiçmə mərasiminə dəvət edilməyib. Daha əvvəl CNN telekanalı mənbələrə istinadən Trampın inauqurasiya mərasimi üçün Argentina Prezidenti Xavyer Miley, İtaliya Baş naziri Corco Meloni və Salvador Prezidenti Nayib Bukele də daxil olmaqla, xarici liderlərə dəvət göndərdiyini xəbər vermişdi.

“CBS News” telekanalının məlumatına görə, ÇXR sədri Si Cinpin də dəvət alıb.

AzVision.az



Teqlər:





Xəbər lenti