Reuters: "SEPAH İran neftinə nəzarəti artırıb"

  Reuters:  "SEPAH İran neftinə nəzarəti artırıb"
  18 Dekabr 2024    Oxunub:343
"İran İnqilab Keşikçiləri Korpusu (SEPAH) neft gəlirlərinin 50%-ini öz nəzarətində saxlamaqla ölkənin Yaxın Şərqdəki proksi qüvvələrini maliyyələşdirir".
Bu barədə həm İranın, həm Qərb dövlətlərinin adı çəkilməyən hökumət və təhlükəsizlik nümayəndələri "Reuters" agentliyinə bildiriblər. Onlar vurğulayırlar ki, SEPAH neft sənayesinə nəzarəti son vaxtlar xüsusilə gücləndirib.

"Bu, Tehranın rəsmi gəlirinin böyük hissəsini əmələ gətirən ixracatın yarısını nəzarətdə saxlamaq deməkdir. Xam nefti sanksiya altında gizli şəkildə daşıyan tankerlərdən tutmuş neft alıcıları, xüsusən də Çinlə əməkdaşlıqlaradək bütün mərhələlər məhz SEPAH-ın əlindədir", - "Reuters" yazır.

Məlumat üçün diqqətə çatdıraq ki, ABŞ-nin sabiq prezidenti Donald Trampın 2018-ci ildə İranın enerji sənayesini boğmaq üçün qoyduğu sərt sanksiyalara baxmayaraq, İran ildə 50 milyard dollardan çox neft gəliri qazanır. Bu, ölkənin ən böyük xarici valyuta mənbəyi və qlobal iqtisadiyyatla əsas əlaqəsidir.

Firudin Həmidli
AzVision.az


Teqlər: İran   SEPAH   neft   Yaxın-Şərq  





Xəbər lenti