Ağacəkmə kampaniyası keçirilib

Ağacəkmə kampaniyası keçirilib
  20 Aprel 2013    Oxunub:1131
Ümummilli lider Heydər Əliyevin anadan olmasının 90 illiyi ilə əlaqədar Baş Prokurorluq tərəfindən ağacəkmə kampaniyası təşkil olunub.
Ulu öndər Heydər Əliyev Azərbaycan Respublikasına rəhbərlik etdiyi dövrlərdə ictimai həyatın bütün sahələri ilə yanaşı, ölkəmizdə ekologiyanın qorunmasına, ətraf mühitin mühafizəsinə, yeni yaşıllıq sahələrinin salınmasına xüsusi diqqət yetirərək genişmiqyaslı tədbirlər həyata keçirib.

Bu gün müstəqil Azərbaycanın qurucusu və memarı möhtərəm Heydər Əliyev tərəfindən müəyyən olunmuş ekoloji siyasət Azərbaycan Respublikasının Prezidenti cənab İlham Əliyev tərəfindən uğurla davam etdirilir.

Bununla əlaqədar olaraq 2010-cu il ölkəmizdə “Ekologiya ili” elan olunub və ətraf mühitin mühafizəsində mühüm rol oynayan davamlı yaşıllaşdırma tədbirlərinin icrası mütəmadi şəkildə təşkil olunub.

Azərbaycan Respublikası Prokurorluğunun Tədbirlər Planına əsasən xalqımızın ümummilli lideri Heydər Əliyevin anadan olmasının 90 illilyi münasibətilə keçirilən tədbirlərin davamı olaraq Ekologiya və Təbii Sərvətlər Nazirliyinin yaxından dəstəyi ilə aprel ayının 20-də ağacəkmə kampaniyası keçirilib.


Prokurorluğun bütün əməkdaşları bu kompaniyada fəal iştirak ediblər. Ağacəkmə kampaniyası çərçivəsində Suraxanı rayonu ərazisində-Heydər Əliyev adına Beynəlxalq Hava Limanı avtomagistralının Suraxanı rayonu ərazisindən keçən hissəsində 3 hektar ərazidə iki min beş yüzdən artıq Eldar şamı və zeytun ağacları əkilib. Əkilən ağacların Abşeron yarımadasının iqliminə uyğun olaraq küləkdən qorunması və onların daha yaxşı təbii inkişafı üçün mineral gübrələrdən istifadə olunub. Həmçinin, əkilən ağacların mühafizəsi və mütəmadi olaraq qulluq göstərilməsi məqsədilə zəruri tədbirlərin görülməsi nəzərdə tutulub.

AzVision.az



Teqlər:  





Xəbər lenti