Baş naziri İrakli Kobaxidze prezident Salome Zurabişvilini həbslə hədələyib

Baş naziri İrakli Kobaxidze prezident Salome Zurabişvilini həbslə hədələyib
  22 Dekabr 2024    Oxunub:347
AzVision.az xəbər verir ki, bu barədə Gürcüstanın “Sova” portalı yazıb.
AzVision.az xəbər verir ki, “Zurabişvilinin vəzifəsində bir həftə də qalmayıb. Düzdür, bəzi avropalı siyasətçilər, rəsmilər dekabrın 29-na qədər çox şey ola biləcəyini deyirlər, amma sizi əmin edirəm ki, çox şey olmayacaq. Görək həyatını harada davam etdirəcək, dəmir barmaqlıqlar arxasında yoxsa azad?”- Kobaxidze bildirib.

Xatırladaq ki, Zurabişvilinin səlahiyyət müddəti dekabrın 29-da, ölkənin yeni prezidenti Mixail Kavelaşvilinin andiçmə mərasimi günü başa çatır.

Daha əvvəl də Zurabişvili vəzifəsini tərk etməyəcəyini açıqlamışdı.

AzVision.az



Teqlər:





Xəbər lenti