Ərdoğanın Suriyaya səfəri gözlənilir

   Ərdoğanın Suriyaya səfəri gözlənilir
  24 Dekabr 2024    Oxunub:437
Türkiyə prezidenti Rəcəb Tayyib Ərdoğan geniş tərkibdə heyətlə Suriyaya səfər edəcək.
AzVision.az xəbər verir ki, “Hürriyet” qəzeti Türkiyə liderinin Dəməşqə səfərinin vaxtını dəqiqləşdirmədən belə məlumat yayıb.

“Suriyada keçid hökuməti tez yaradılacaq. Prezident Ərdoğan sərmayələrə məsul nazirlərin də olduğu böyük bir heyətlə Dəməşqə səfər edəcək”, - qəzet yazıb.

Bir gün əvvəl Rəcəb Tayyib Ərdoğan Nazirlər kabinetinin iclasından sonra Türkiyənin Suriyanın yeni administrasiyası ilə sıx əlaqə saxladığını və ona hər cür dəstəyi verəcəyini vurğulayıb. O, ölkənin Milli Kəşfiyyat təşkilatının rəhbəri İbrahim Kalının və Xarici İşlər naziri Hakan Fidanın Dəməşqə səfərindən sonra Türkiyədən Suriyaya səfərlərin sayının artacağını bildirib.

Sahil İsgəndərov
AzVision.az


Teqlər: Ərdoğan   Suriya   səfər  





Xəbər lenti