Təyyarə qəzası: Biri uşaq olmaqla on iki nəfər xəstəxanaya aparılıb

      Təyyarə qəzası:    Biri uşaq olmaqla on iki nəfər xəstəxanaya aparılıb
  25 Dekabr 2024    Oxunub:546
Qazaxıstanın Manqistau Səhiyyə İdarəsi Azərbaycandan Rusiyaya uçan təyyarənin qəzaya uğraması nəticəsində xəsarət alanlar barədə məlumat yayıb
Bu barədə AzVision.az NewTimes.kz nəşrinə istinadən xəbər verir. “Təyyarə qəzası yerindən 12 nəfər (onlardan biri uşaqdır) müxtəlif dərəcəli bədən xəsarətləri ilə Aktaudakı Mangistau regional xəstəxanasına çatdırılıb”, - məlumatda deyilir.

Qazaxıstan Fövqəladə Hallar Nazirliyindən (FHN) verilən məlumata görə, hadisə yerinə 52 nəfərlik xilasetmə personalı və 11 xüsusi texnika cəlb olunub, yanğın söndürülüb. İlkin məlumata əsasən, hadisədə sağ qalanlar var. Hazırda zərərçəkənlərin sayı və vəziyyəti dəqiqləşdirilir.

Qeyd edək ki, “Azərbaycan Hava Yolları” aviaşirkətinin J2-8243 nömrəli Bakı-Qroznı reysini yerinə yetirən “Embraer 190” təyyarəsi Aktau şəhərinin 3 km yaxınlığında qəza enişi edib.


AzVision.az



Teqlər: AZAL   Qəza  





Xəbər lenti