Qəzzada öldürülən jurnalistlərin sayı 200-ü keçib

Qəzzada öldürülən jurnalistlərin sayı 200-ü keçib
  26 Dekabr 2024    Oxunub:341
"İsrail Silahlı Qüvvələrinin atəşi ilə bu səhər 5 jurnalistin öldürülməsi Qəzza zolağında müharibə başlayandan bəri həyatını itirən jurnalistlərin sayını 201-ə çatdırıb".
Bu barədə Fələstin Hökumətinin mətbuat xidməti "Telegram"da məlumat yayıb. Vurğulanır ki, mətbuat işçilərinin öldürülməsində "İsraillə yanaşı ABŞ, Britaniya, Almaniya və Fransa da məsuliyyət daşıyır".

"Beynəlxalq ictimaiyyəti, təşkilatları bu cinayətləri dayandırmaq üçün ciddi surətdə səy göstərməyə və beynəlxalq məhkəmələrdə araşdırmağa çağırırıq", - məlumatda diqqətə çatdırılır.

Firudin Həmidli
AzVision.az


Teqlər: Qəzza   müharibə   jurnalistlər   itki  





Xəbər lenti