Qazaxıstan təyyarə və aeroportlarını yoxlamağa başlayır

Qazaxıstan təyyarə və aeroportlarını yoxlamağa başlayır
  26 Dekabr 2024    Oxunub:302
Qazaxıstanın baş naziri Oljas Bektenov təyyarə qəzasından sonra ölkədə aviasiya təhlükəsizliyinin gücləndirilməsi barədə göstəriş verib.
AzVision.az “Kommersant”a istinadən xəbər verir ki, Bektenov Qazaxıstanın bütün aeroport və təyyarələrində plandankənar yoxlanışlar keçiriləcəyini açıqlayıb.

Məlumata görə, təyyarə ekipajlarının ixtisas və səriştəsi yoxlanılacaq.

Qazaxıstan AZAL təyyarəsinin “vurulması” xəbərini təkzib edib
“Bu kədərli hadisə onu göstərir ki, biz də uçuşların təhlükəsizliyi üçün müəyyən tədbirlər görməliyik. İlk növbədə, plandankənar yoxlama aparmaq və hava limanlarının, təyyarələrin texniki vəziyyətini xüsusi nəzarətə götürmək lazımdır”, - deyə Bektenov bildirib.

Xatırladaq ki, dekabrın 25-i səhər saatlarında Bakıdan Qroznıya uçan "Azərbaycan Hava Yolları"na məxsus təyyarə qəzaya uğrayıb. Təyyarədə 62 sərnişin və beş ekipaj üzvü olub. Qəzada 38 nəfər həlak olub, 29 nəfər sağ qalıb.

Həmidə İbrahimova
AzVision.az


Teqlər:   təyyarə   qəza  





Xəbər lenti