Ermənistanın keçmiş komitə rəhbəri həbs edildi

   Ermənistanın keçmiş komitə rəhbəri həbs edildi
  26 Dekabr 2024    Oxunub:299
Ermənistanda növbəti dəfə qalmaqallı həbs reallaşıb.
“Sputnik Armeniya”ın Korrupsiyaya Qarşı Mübarizə Komitəsinə istinadən yaydığı məlumata görə, Su komitəsinin keçmiş rəhbəri Vaaqn Gevorkyana qarşı cinayət işi açılıb.

"Korrupsiyaya Qarşı Mübarizə Komitəsin məlumatına görə, Gevorkyan iki ay müddətinə ev dustaqlığına buraxılıb. Vaaqn Gevorkyan 2021-ci ildən Su Komitəsinə rəhbərlik edirdi. O, bundan əvvəl Abovyan şəhərinin meri vəzifəsində çalışıb. Keçmiş komtiə rəhbəri bu il dekabrın 20-də vəzifəsindən azad edilib",- nəşr yazıb.
Tural Tağıyev
AzVision.az



Teqlər:





Xəbər lenti