Lavrov: "Suriyanın dağılmasına imkan verilə bilməz"

      Lavrov:    "Suriyanın dağılmasına imkan verilə bilməz"
  26 Dekabr 2024    Oxunub:320
"Moskva Suriyanın yeni hakimiyyəti ilə mütəmai əlaqə saxlayır. Qarşılıqlı və regional məsələlər üzrə dialoqda maraqlıyıq".
Bu sözləri Rusiyanın xarici işlər naziri Sergey Lavrov yerli və xarici mətbuata müsahibəsində dilə gətirib. O vurğulayıb ki, bu məsələdə "İsrail başqalarının təhlükəsizliyi hesabına öz təhlükəsizliyini qorumağa" çalışmamalıdır".

"Digər tərəfdən, ABŞ də Suriyanın şimal-şərqində separatizm meyllərini dəstəkləyir. Ölkənin bu şəkildə parçalanması yolverilməzdir. Seçkilərdə bütün siyasi və etnik-dini qrupların iştirakı mütləqdir. Rusiya Türkiyə və İranla, habelə bir sıra ərəb ölkəsi ilə bərabər Suriyada seçkilərin ədalətli və şəffaf şəkildə təşkilinə kömək göstərməyə hazırdır", - Lavrov bildirib.

Rusiya diplomatiyasının rəhbəri həmçinin diqqətə çatdırıb ki, hazırda Suriyadakı Rusiya səfirliyinin və vətəndaşlarının təhlükəsizliyinin təminatı üzrə işlər aparılır.

"Eyni zamanda, ölkədə yeni güc strukturu yaradılandan sonra ötən illərdəki kimi uğurlu iqtisadi əməkdaşlığın bərpasına ümidvarıq", - Lavrov deyib.
Əraqçi: "Suriyanın aqibəti hələlik naməlumdur" - VİDEO

Xatırladaq ki, Suriyada noyabrın 27-də silahlı müxalif qüvvələr Əsəd rejiminə qarşı genişmiqyaslı hücuma keçib. Müxaliflərin dekabrın 8-də paytaxt Dəməşqə girməsi nəticəsində prezident Bəşər Əsəd istefa verərək Moskvaya qaçıb. Hazırda ölkədə müvəqqəti keçid hakimiyyəti qurulub.

Firudin Həmidli
AzVision.az


Teqlər:   Rusiya   Suriya   danışıqlar  





Xəbər lenti