Çoxqütblü dünya ABŞ-yə daha hörmət etmir - “The New York Times”

Çoxqütblü dünya ABŞ-yə daha hörmət etmir    - “The New York Times”
  27 Dekabr 2024    Oxunub:390
Çoxqütblü dünyada beynəlxalq ictimaiyyət ABŞ-nin Soyuq Müharibədən sonrakı triumf dövrü ilə müqayisədə Vaşinqtona daha az hörmət edir.
Bu fikirlər Amerikanın “The New York Times” qəzetində dərc olunan məqalədəndir.

Qeyd edilib ki, ABŞ prezidenti Cozef Baydenin ölkə adına yaşadığı ilk böhranı 2021-ci ildə Əfqanıstanda Vaşinqton Amerika qoşunlarını ölkədən çıxararkən baş verib.

Bu yaxınlarda isə ABŞ-nin lider müttəfiqlərindən sayılan Cənubi Koreya prezidenti Yun Seok-Yeol ölkədə hərbi vəziyyət elan etdi. Qəzet xatırladıb ki, nəticədə etirazçılar bu demokratik ölkənin küçələrini qısa zamanda zəbt etdilər.

"Bununla belə, Bayden administrasiyası məlum ciddi hadisələrlə bağlı yalnız narahatlığını ifadə etdi. Lakin rəsmi Vaşinqton Cənubi Koreya prezidentini qınamaqdan çəkindi", - məqalədə qeyd edilib.

Tural Tağıyev
AzVision.az



Teqlər:





Xəbər lenti