London Ukraynaya verdiyi PUA-ların sayını açıqlayıb
“2022-ci ilin fevral ayından Böyük Britaniya Ukraynaya kəfiyyat, müşahidə və parametrləri müəyyənləşdirmə, logistika və həm quru, həm də dəniz fəaliyyətləri üçün hücum dronları da daxil olmaqla geniş imkanlara malik 4000-dən çox PUA təqdim edib. Bu PUA-ların əksəriyyəti hücum dronlarıdır; onlar ya bilavasitə öldürücü təsir göstərir, ya da buna nail olmağa töhfə verirlər. Bu dronların az hissəsi əsasən logistik məqsədlər üçün nəzərdə tutulub”, - Böyük Britaniyanın Müdafiə nazirinin müavini deyib.
Londonun “lazım olduğu qədər Ukraynanı dəstəkləmək” öhdəliyində qətiyyətli mövqe tutduğunu xatırladan Lyuk Pollard, habelə Böyük Britaniyanın rəhbərlik etdiyi Ukraynaya Beynəlxalq Yardım Fondunun Kiyevə 400-dən çox PUA verdiyini də diqqətə çatdırıb.
Qeyd edək ki, bundan əvvəl Ukrayna prezidenti Volodimir Zelenski telefon danışığında Böyük Britaniyanın baş naziri Key Starmer ilə 100 illik tərəfdaşlığa dair ikitərəfli sazişi müzakirə edib.
- Böyük Britaniya tərəfindən dövlətimizə göstərilən genişmiqyaslı müdafiə, siyasi və iqtisadi dəstəyinə görə təşəkkür edirik. Biz həmçinin dövlətlərimiz arasında 100 illik tərəfdaşlıq haqqında sazişdən danışdıq”, - Zelenski bildirib.
Sahil İsgəndərov
AzVision.az