Salome Zurabişvili getdi

   Salome Zurabişvili getdi
  29 Dekabr 2024    Oxunub:873
Mixail Kavelaşvili Gürcüstan prezidenti vəzifəsinin icrasına başlayıb. Salome Zurabişvili isə prezident iqamətgahını tərk edib.
AzVision.az xəbər verir ki, yeni prezidentin bu gün saat 11:00-da keçirilən andiçmə mərasimindən əvvəl Orbeliani prezident iqamətgahının önündə müxalifətin tərəfdarları toplaşmağa başlayıblar. Etirazçılar son seçkilərin nəticələrini tanımır və yeni prezidenti qeyri-legitim hesab edirlər.

Ötən gecəni prezident kimi Orbeliani iqamətgahında keçirən Gürcüstanın keçmiş prezidenti Salome Zurabişvili hələ dünən tərəfdarlarını səhər saatlarında bura toplaşmağa çağıraraq, qarşıda günlər üçün planları açıqlayacağını bildirib. O, eyni zamanda prezident iqamətgagından getməyəcəyini iddia edib.

Lakin dəfələrlə belə sərt bəyanatlar səsləndirməsinə rəğmən, xanım Zurabişvili prezident iqamətgahını tərk edib.

Gürcüstan siyasətinin fiaskoya uğraması ilə barışmayan kollektiv Qərb isə rəsmi Tbilisiyə təzyiq rıçaqlarını işə salıb. Artıq tətbiq edilən bəzi sanksiyalarla yanaşı, ABŞ-nin Helsinki Komissiyasının sədri, respublikaçı konqresmen Co Vilson yaxın günlərdə Ameriak Konqresində Gürcüstan hökumətinin tanınmaması ilə bağlı qanunvericilik aktının təqdim olunacağını bildirib.

“Qanun layihəsi hazırkı prezident Salome Zurabişvilinin “azad və ədalətli seçkilər keçirilməyənə qədər Gürcüstanın yeganə legitim lideri” kimi tanınmasını təklif edəcək”, - amerikalı konqresmen vurğulayıb.

Sahil İsgəndərov
AzVision.az


Teqlər: Zurabişvili   Kavelaşvili  





Xəbər lenti