Aktaudakı qəzada xəsarət alan qırğızlar vətənlərinə göndərilir

Aktaudakı qəzada xəsarət alan qırğızlar vətənlərinə göndərilir
  29 Dekabr 2024    Oxunub:701
Qazaxıstanın Aktau hava limanı yaxınlığında təyyarənin qəzaya uğraması nəticəsində xəsarət almış iki Qırğızıstan vətəndaşı dekabrın 30-da vətənlərinə yola salınacaq.
Bu barədə 24.kz telekanalı məlumat yayıb.

Telekanalın məlumatına görə, yaralı qırğızların vəziyyəti stabil qiymətləndirilir. Mütəxəssislər həkimlərin vəziyyətini ağır qiymətləndirdikləri 26 yaşlı Rinat Asanovun da ölkəsinə aparılması üzərində işləyirlər. Ümumilikdə təyyarənin göyərtəsində üç Qırğızıstan vətəndaşı olub.

Xatırladaq ki, AZAL-a məxsus Bakı-Qroznı aviareysini həyata keçirən "Embraer” sərnişin təyyarəsi dekabrın 25-də Qazaxıstanın Aktau şəhəri yaxınlığında qəzaya uğrayıb. Avialaynerin göyərtəsində olan 67 nəfərdən 42-si Azərbaycan, 16-sı Rusiya, 6-sı Qazaxıstan, 3-ü isə Qırğızıstan vətəndaşı olub. Qəza nəticəsində sərnişinlərin 38-i həlak olub, 3-ü uşaq olmaqla 29-u sağ qalıb.

Prezident İlham Əliyev çoxsaylı insan itkisindən sonra ölkə ərazisində bir günlük matəm elan olunması ilə bağlı sərəncam imzalayıb.

Tural Tağıyev
AzVision.az



Teqlər:





Xəbər lenti