Lavrov: "Gürcüstanla münasibətlərin normallaşmasına hazırıq"
“Rusiya – Gürcüstan münasibətlərinin normallaşmasına Tbilisinin hazır olduğu qədər hazırıq”, – o qeyd edib.
Lavrov həmçinin vurğulayıb ki, Moskva Gürcüstanın daxili işlərinə qarışmaq niyyətində deyil.
Qeyd edək ki, Gürcüstan 2008-ci il sentyabrın 2-də Abxaziya və Cənubi Osetiyanın müstəqilliyinin tanınması səbəbindən Rusiya ilə diplomatik əlaqələrini kəsib. Diplomatik əlaqələrin kəsilməsi zamanı Gürcüstan XİN Rusiya ilə konsulluq əlaqələrini saxlayacağını açıqlayıb.
AzVision.az
Teqlər: