İrakli Kobaxidze : Gürcüstan üçün regional əməkdaşlıq çox vacibdir

      İrakli Kobaxidze   : Gürcüstan üçün regional əməkdaşlıq çox vacibdir
  30 Dekabr 2024    Oxunub:800
Gürcüstan üçün regional əməkdaşlıq çox vacibdir, Gürcüstan Azərbaycan, Ermənistan və Türkiyə ilə əlaqələri inkişaf etdirir.
AzVision.az xəbər verir ki, bunu Gürcüstanın baş naziri İrakli Kobaxidze Səfirlərin Konfransı 2024-ün bağlanışı zamanı bildirib.

Hökumət başçısının sözlərinə görə, Gürcüstanın məqsədi regionda sülh və sabitliyi təşviq etməkdir ki, bunun üçün ötən illərdə çox işlər görülüb və gələcəkdə də çox işlər görüləcək.

"“Orta Dəhliz” regional inteqrasiyanın mühüm mexanizmidir, qonşu dövlətlərlə birgə strateji layihələrin həyata keçirilməsi Cənubi Qafqazda sülhün bərqərar olmasına təkan verəcək. Biz şadıq ki, artıq qonşu ölkələrimizlə çox mühüm strateji layihələrlə bağlıyıq, bu layihələr də sülhün təşviqi üçün son dərəcə əhəmiyyətlidir. Gələcəkdə də bu istiqamətdə fəal işlər davam etdiriləcək. “Orta Dəhliz”in rolunun artması Asiya regionu ilə əməkdaşlığa müsbət təsir göstərir, bildiyiniz kimi, biz Çinlə tərəfdaşlığımızı gücləndiririk, keçən il biz Çinlə strateji tərəfdaşlıq imzaladıq və bu saziş əsasında bu il ərzində bizim çox nəzərəçarpan nəticələrimiz oldu ki, bu da digər məsələlərlə yanaşı, iqtisadi tərəfdaşlığın möhkəmləndirilməsində, ikitərəfli vizasız rejimin tətbiqində və birbaşa uçuşların tezliyinin artırılmasında öz əksini tapdı. Çin ilə digər istiqamətlərdə tərəfdaşlığın daha da gücləndirilməsi də vacibdir. Hindistanla əlaqələr dərinləşir, Hindistan Gürcüstanda səfirlik açıb ki, bu da ikitərəfli tərəfdaşlığın möhkəmləndirilməsi üçün çox mühüm amildir. Yaponiya ilə əlaqələr davam edir. Koreya Gürcüstanda səfirliyini açıb və “İqtisadi Tərəfdaşlıq Sazişi” üzrə danışıqları yekunlaşdırıb. Bu, həm də əməkdaşlığın daha da dərinləşməsi üçün mühüm əsasdır. Biz həm siyasi, həm də iqtisadi əlaqələrin inkişafı baxımından Yaxın Şərq ölkələri ilə fəal işləyirik, Latın Amerikası və Karib hövzəsi ölkələri ilə də əlaqələri genişləndiririk. "Gürcüstanın beynəlxalq mövqelərinin bütün istiqamətlərdə möhkəmlənməsi ölkəmiz üçün vacibdir" - deyə baş nazir bildirib.

AzVision.az



Teqlər:





Xəbər lenti