Bəzi xidmət sahələrinin gəlirlərinin 75%-i vergidən azad edilib

Bəzi xidmət sahələrinin gəlirlərinin 75%-i vergidən azad edilib
  01 Yanvar 2025    Oxunub:840
İllik dövriyyəsinin həcmi 45 min manatadək olan bir sıra xidmət sahəsi üzrə fəaliyyət göstərən mikro sahibkar fiziki şəxslərin gəlirlərinin 75%-i 3 işçi və məcburi dövlət sosial sığorta haqqı üzrə borcun olmaması tələbi qoyulmadan bu gündən vergidən azad edilib.
AzVision.az xəbər verir ki, bu, Prezident İlham Əliyevin təsdiqlədiyi Vergi Məcəlləsinə dəyişikliklərdə öz əksini tapıb.

Həmin xidmət sahələri aşağıdakılardır:

- proqram təminatının işlənməsi;

- layihə-dizayn və dekorasiya sahəsində xidmətlər;

- tərcümə xidmətləri;

- reklam xidmətləri;

- araşdırma və tədqiqat sahəsində fəaliyyət;

- elm, təhsil, mədəniyyət və idman sahəsində göstərilən xidmətlər;

- hüquq, sərbəst auditor, mühasibat və maliyyə sahəsi üzrə məsləhət xidmətləri;

- jurnalistlərin fəaliyyəti;

- bazar konyukturunun öyrənilməsi;

- qiymətləndirmə fəaliyyəti;

- avtonəqliyyat vasitələri ilə yükdaşımaları istisna olmaqla sifarişlərin çatdırılması və kuryer xidməti;

- turizm bələdçiliyi;

- ixrac xidməti.

Bu güzəştlər yalnız fiziki şəxslərə aiddir, hüququ şəxslər isə əvvəlki qaydada (il üzrə orta aylıq muzdlu işçi sayı 3 nəfərdən az olmayan və məcburi dövlət sosial sığorta haqları üzrə borcu olmamaq) şərtləri yerinə yetirdikdən sonra güzəştlərdən istifadə edə biləcəklər.

AzVision.az


Teqlər: vergi  





Xəbər lenti