Husilər ABŞ PUA-sını vurublar

Husilər ABŞ PUA-sını vurublar
  01 Yanvar 2025    Oxunub:883
Yəməndə fəaliyyət göstərən iranyönümlü "Husi" terror qruplaşması ABŞ Silahlı Qüvvələrinə məxsus "MQ-9 Reaper" pilotsuz uçuş aparatını (PUA) vurub.
Qruplaşmanın sözçüsü Yəhya Sərinin açıqlamasına əsasən, PUA ölkənin qərbindəki Mərib vilayətinin səmasında yer-hava raketi ilə vurularaq salınıb. Bu, husilərin zərərsizləşdirdiyi 14-cü ABŞ PUA-sıdır.

ABŞ Mərkəzi Komandanlığı iddianı hələlik təsdiqləməyib.

Xatırladaq ki, "Husi" terrorçuları oktyabrda İsrail və Fələstinin HƏMAS qruplaşması arasında müharibə başlayandan bəri "Fələstinə dəstək naminə" İsraillə əlaqəli gəmiləri Qırmızı dəniz və ətraf sularda hədəfə almaqdadırlar. Qruplaşma "Qəzzada Fələstin xalqına qarşı əməliyyatlara son verilmədikcə hücumları dayandırmayacağını" bildirir. Onların hücumları regionda ticarət gəmilərinin təhlükəsiz hərəkətini pozaraq, siyasi gərginliyi artırmaqla yanaşı iqtisadiyyata da mənfi təsir göstərir. ABŞ, Britaniya və Avropa İttifaqının timsalında Almaniya bu hücumların qarşısını almaq məqsədilə regiona qüvvələr göndərib.

Firudin Həmidli
AzVision.az


Teqlər: Husilər   ABŞ   PUA  





Xəbər lenti