Qazaxıstanda növbədənkənar prezident seçkiləri keçirilməyəcək

   Qazaxıstanda növbədənkənar prezident seçkiləri keçirilməyəcək
  03 Yanvar 2025    Oxunub:781
Qazaxıstan prezidenti Kasım-Jomart Tokayev növbədənkənar prezident seçkilərinin keçirilə biləcəyi ilə bağlı şayiələri təkzib edib.
“Ana Tili” qəzetində dərc olunan müsahibəsində Tokayev sosial şəbəkələrdə 2026-cı ildə BMT-nin inzibati rəhbəri olmağı planlaşdırdığı və bunun da Qazaxıstanda növbədənkənar prezident seçkilərinə səbəb olacağı ilə bağlı iddialara münasibət bildirib.

“Qara qutu”nun Braziliyaya göndərilməsi düzgün qərardır” - Tokayev
“Mənim üç ilə yaxın BMT-nin Cenevrə ofisinə rəhbərlik etmək imkanım olub. Faydalı təcrübə və beynəlxalq proseslərin mexanizmləri haqqında anlayış əldə etdim. Məncə, bu, artıq kifayətdir. Ölkənin inkişafı ilə bağlı uzun illər üçün böyük planlarım var, onları həyata keçirmək fikrindəyəm”, - o deyib. Tokayevin sözlərinə görə, görünməmiş geosiyasi gərginlik şəraitində Qazaxıstan ölkənin təhlükəsizliyinin və dayanıqlı iqtisadi inkişafının təmin edilməsinə sadiqdir.

2022-ci ilin sentyabrında Tokayev konstitusiyaya düzəlişləri təsdiqləyib. Düzəlişlərə görə dövlət başçısının səlahiyyət müddəti təkrar seçilmək hüququ olmadan yeddi il müddətlə məhdudlaşdırılıb. Dəyişikliklər bu normanın qüvvəyə minməsindən sonra prezident seçkilərində qalib gələnlərə təsir edib. 2022-ci ilin noyabrında respublikada növbədənkənar prezident seçkiləri keçirildi və bu seçkilərdə Tokayev 81 faizdən çox səslə qalib gəlib.

AzVision.az





Teqlər:  





Xəbər lenti