Cənubi Koreya: "KXDR-nin hücum cəhdlərini nəzarətdə saxlayırıq"

      Cənubi Koreya:    "KXDR-nin hücum cəhdlərini nəzarətdə saxlayırıq"
  06 Yanvar 2025    Oxunub:723
Şimali Koreyanın Cənubi Koreya ilə Yaponiya arasındakı boğazı ballistik raketlə hədəfə alması ABŞ tərəfindən nəzarətə götürülüb.
Cənubi Koreya Silahlı Qüvvələrinin mətbuat xidmətinin məlumatına görə, Koreya Xalq Demokratik Respublikasının (KXDR) paytaxtı Pxenyan şəhərinin yaxınlığından buraxılan raket bir kilometrdən artıq havada irəlilədikdən sonra boğazın sularına batıb.
Şimali Koreya ballistik raket buraxıb

Bildirilir ki, ABŞ Dövlət katibi Antoni Blinkenin paytaxt Seula səfəri ərzində, eyni zamanda, ABŞ-də Donald Trampın prezident kimi rəsmi fəaliyyətə başlaması ərəfəsində Şimali Koreyanın regionda sabitliyi pozma cəhdləri xüsusilə şiddətlənib:

"ABŞ ilə birlikdə aparılan kəşfiyyat tədbirləri nəticəsində gələcəkdəki mümkün hücum cəhdləri nəzarətdə saxlanılır".

Məlumat üçün bildirək ki, Antoni Blinken Seula səfəri çərçivəsində məhz Şimali və Cənubi Koreya arasında münaqişənin, eləcə də KXDR-nin nüvə silahı probleminin həlli istiqamətində danışıqlar aparıb.

Firudin Həmidli
AzVision.az


Teqlər:   Koreya   raket  





Xəbər lenti