Ermənistanda etiraz edən məhbus dilini kəsib

Ermənistanda etiraz edən məhbus  dilini kəsib
  07 Yanvar 2025    Oxunub:635
Ermənistanda məhbusların saxlanma şəraiti onların hüquqlarının pozulması ilə bağlı vəziyyət ibəil daha da pisləşir.
AzVision.az xəbər verir ki, bu barədə yerli media məlumat yayıb. Saytlar türmə və saxlanma kameralarında neqativ halların artmasına dair faktların artmasından yazır. Bununla bağlı son insident dünən baş verib.

Ermənistanda 53 məhbus aksiya keçirir: Ağzını tikən, üzük udanlar var
“Joqovurd” qəzeti yazıb ki, Ermənistanın Armavir cəzaçəkmə müəssisəsində ciddi sayıla biləcək arzuolunmaz hadisə hadisə baş verib.

Nəşrin məlumatına görə, məhbuslardan biri dilini kəsib. "Onu belə çarəsiz addım atmağa sövq edən səbəb hələ də bəlli deyil. Məhbusun dilini kəsməsi onun barəsində açılan cinayət işi ilə bağlı olub-olmaması yaxın vaxtlarda bəlli olacaq", - nəşr yazıb.

Qeyd edək ki, neqativ hallara və etirazlara görə Vanadzor həbsxanası ölkədə ad çıxarıb. Ötən ilin fevralında həmin cəzaçəkmə müəssisəsində onlarla məhbus aclıq aksiyası keçirmişdi. "Mamul" nəşrinin məlumatına görə, 3 nəfər özünə xəsarət yetirib. Onlardan biri ülgüclə əlini doğrayıb, digərləri dəmir üzük udubmuş: "Bu etirazın əsas səbəbi, kolonyada iməclik işləri aparılan zamanı qadağan olunmuş əşyaların aşkarlanması olub. Bundan başqa, ötən gün məlum olub ki, həmin cəzaçəkmə müəssisəsində məhkum başqa kolonyaya köçürülməsini tələb edərək ağzını tikib. Bundan başqa, bir nəfər də ağzını tikib. O, barəsində açılmış cinayət işi üzrə istintaqdan şikayət edib".

Tural Tağıyev
AzVision.az



Teqlər:   Ermənistan   Məhbus  





Xəbər lenti