Qarabağ ermənilərinin Ermənistana sosial adaptasiyası surətlə gedir

Qarabağ ermənilərinin Ermənistana sosial adaptasiyası surətlə gedir
  07 Yanvar 2025    Oxunub:594
Qarabağdan könüllü şəkildə Ermənistana köçmüş ermənilər yerli cəmiyyətə surətlə qaynayıb-qarışırlar.
Bu barədə Ermənistan mediası məlumat yayıb. Sputnik Armeniya-ya müsahibə verən əmək və sosial məsələlər nazirinin müavini David Xaçatryan deyib ki, hətta 300-dən çox ailə mənzil əldə etmək üçün sertifikat da alıb: "Onların bəziləri artıq öz şəxsi mülkünü-evini tikə bilib".

"Ermənilər köç etməkdən beziblər" - Sarkisyan
Nazir müavini onu da vurğulayıb ki, bir çox ailə sənədləşmə ilə bağlı əməliyyatları başa çatdırıb, bəzilərində isə mənzil axtarışı və ya qeydiyyatı prosesi gedir.

"Qarabağdan olan "məcburi köçkünlər" üçün mənzil proqramı 2024-cü il iyunun 15-dən başlayıb. Həmin ilin mayında qəbul edilmiş qətnamə çərçivəsində Ermənistan hökuməti tərəfindən müəyyən təşəbbüslər irəli sürülüb",- sayt yazıb.
Tural Tağıyev
AzVision.az



Teqlər:   Ermənistan  





Xəbər lenti