İvanişvili: “Yeni Gürcüstan yaranır”

      İvanişvili:    “Yeni Gürcüstan yaranır”
  07 Yanvar 2025    Oxunub:584
Gürcüstanın kimliyinə, inancına, adət-ənənələrinə və dinc inkişafına qarşı aktiv hücumlar göstərdi ki, bu gün ölkə yaxın tarixin ən mühüm sınaqlarından birini keçir.
AzVision.az xəbər verir ki, hakim “Gürcü Arzusu” Partiyasının fəxri sədri, təsisçisi Bidzina İvanişvili və onun həyat yoldaşı Yekaterina İvanişvilinin gürcü xalqına Milad bayramı ilə bağlı təbrikində belə deyilir.

“Axı mübarizə xətti Gürcüstanın kimliyindən, azadlığından və sülhündən keçir. Gürcüstan sakinləri ölkənin çoxəsrlik tarixi boyunca dəfələrlə şahidi olublar ki, hətta ən çətin, ümidsiz görünən situasiyalarda belə, qorxmazlıq, birlik, adət-ənənələrə sədaqət, inam və vətənə sədaqət sayəsində Gürcüstan daha gözəl sabahı qarşılayıb. Milad yeni bir şeyin doğulması deməkdir və biz inanırıq ki, gözümüzün qarşısında yeni, müstəqil, suveren, inamlı, ləyaqətli Gürcüstan doğulur”, - təbrikdə deyilir.

İvanişvili və onun xanımı azad və qürurlu insanların vətəni olduğu üçün heç kimin qarşısında baş əyməyən Gürcüstanın doğulduğunu vurğulayıblar.

Sahil İsgəndərov
AzVision.az


Teqlər: İvanişvili   Milad   təbrik  





Xəbər lenti