Panama Trampa ötkəm cavab verib
“Kanalımızın suverenliyi müzakirə oluna bilməz. O, bəşəriyyətə və onun ticarətinə xidmət etmək üçün yaradılıb. Bu, bizim dünyaya təklif etdiyimiz ən böyük dəyərlərdən biri "heç bir münaqişəyə qarışmamaq barədə beynəlxalq ictimaiyyətə zəmanət vermək"dir. Kanala nəzarət edən yeganə əllər panamalılardır və həmişə belə olacaq”, - Panama XİN-in rəhbərinin mətbuat kofransında dediklərindən CNN telekanalı sitat gətirib.
Dünən ABŞ-nin gələcək prezidenti Donald Trampın jurnalistlərə açıqlamasında Panama kanalının Amerikanın nəzarətinə qaytarılması üçün güc tətbiqini istisna etmədiyi və Panama hakimiyyəti ilə kanal məsələsi ətrafında müzakirə apardığını söylədikdən sonra Havyer Martines-Aça Vaskes belə bəyanat səsləndirib.
Sahil İsgəndərov
AzVision.az