ChatGPT-nin yaradıcısı bacısını zorlamaqda ittiham olunur

   ChatGPT-nin yaradıcısı bacısını zorlamaqda ittiham olunur
  08 Yanvar 2025    Oxunub:549
OpenAI--ın rəhbəri, ChatGPT-nin yaradıcısı kimi tanınan Sem Altman həbs oluna bilər.
Altmanın kiçik bacısı onu cinsi qısnama ittihamı ilə məhkəməyə verib. Bu barədə SHOT məlumat yayıb.

ChatGPT çökdü
"30 yaşlı Enn Altman Missuri ştatının federal məhkəməsinə müraciət edib. Qadın iddiasında böyük qardaşının 1990-cı illərin sonu və 2000-ci illərin əvvəllərində Missuri ştatında yaşadıqları müddət ərzində onu təhqir etdiyini və müəyyən məsələlərdə manipulyasiya etdiyini söyləyib. Enn zorakılığın 3 yaşında başladığını və ən son hadisənin Altmanın yetkin olduğu və hələ də azyaşlı sayıldığı zamanlarda baş verdiyini deyib", - məlumatda qeyd edilib.

39 yaşlı Sem Altman artıq özü, anası və qardaşları adından bəyanat yayıb. O, bu iddiaları tamamilə yalan adlandırıb.

Sem Altman süni intellekt sahəsində tanınmış biznesmen və ekspertdir. O, OpenAI-ın təsisçisi və baş direktorudur. Şirkət fəaliyyətinin başlanğıcında Altman, Greg Brockman, Elon Musk, Jessica Livingston, Peter Thiel və digər iş adamları tərəfindən maliyyələşdirilirdi. OpenAI 2015-ci ildə fəaliyyətə başlayanda isə kənar dəstəkçilərdən 1 milyard dollar cəlb etməyi bacarmışdı.

Altman 2023-cü ilin noyabrında qalmaqallı şəkildə vəzifəsindən uzaqlaşdırılmışdı. O, bundan sonra Microsoft-a dəvət edildi. Lakin işdən çıxarıldıqdan bir həftə keçməmiş Altman OpenAI işçilərinin etirazları səbəbindən şirkətin baş direktoru vəzifəsinə qayıtdı.
Altman homoseksualdır. O, 2024-cü ildə iş adamı və proqramçı Oliver Mülherinlə ailə həyatı qurub.
Tural Tağıyev
AzVision.az



Teqlər:   Həbs   İttiham  





Xəbər lenti