Cənub Koreyanın prezidenti haradadır?

   Cənub Koreyanın prezidenti    haradadır?
  08 Yanvar 2025    Oxunub:472
Cənubi Koreyanın devrilmiş prezidenti Yun Sok Yol, qiyam ittihamı ilə ikinci həbs orderinin verilməsi fonunda Seulun mərkəzindəki Yonsan dairəsindəki iqamətgahından gizli şəkildə qaçmış ola bilər.
AzVision.az xəbər verir ki, mənbələrə istinad edən aparıcı müxalif “Toburo” Demokratik Partiyasının deputatı An Gyu Bek “KBS” radiostansiyasının efirində belə deyib.

“Eşitdiyim məlumata görə, o, artıq Yonsan dairəsini tərk edib və naməlum yerdə gizlənib. Mənə bu məlumat verilib. Onun iqamətgahı tərk etdiyi və üçüncü yerdə olduğu güman edilir. Eşitdim ki, polis də bu ehtimal əsasında onun olduğu yeri izləyir”, - müxalif düşərgənin deputatı bildirib.

Qeyd edək ki, parlamentdəki 300 yerdən 170-nə nəzarət edən “Toburo” Demokratik Partiyasının deputatları Yun Sok Yolun impiçmentinə həlledici töhfə veriblər.

Dünən yüksək vəzifəli məmurlar üzrə Korrupsiyaya qarşı Mübarizə İdarəsinin rəhbəri O Don Un prezidentin öz iqamətgahında olub-olmaması ilə bağlı suala dəqiq cavab verə bilməyəcəyini deyib. Prezidentin iqamətgahı tərk edə biləcəyi ilə bağlı suala O Don Un müxtəlif imkanların nəzərdən keçirildiyini bildirib. Məhz bu idarə prezidentin həbsinə order alıb.

- Prezidentin dəqiq yerini açıqlaya bilmərik. Biz onun olduğu yeri izləməyə davam edirik”, – polis məmuru “Yonhap” agentliyinə deyib.

Prezident administrasiyasının əməkdaşlarından biri isə agentliyə verdiyi məlumatda Yun Sok Yolun hazırd rəsmi iqamətgahında olduğunu iddia edib.

Cənubi Koreya Prezidentinin həbsinə order verilib
Xatırladaq ki, qiyam işi çərçivəsində araşdırılan hərbi vəziyyət hadisələrindən sonra Cənubi Koreyanın prezidentinin ölkədən çıxışına qadağa qoyulub. Ötən ilin son günündə isə Yun Sok Yolun həbsinə order verilib. Lakin yanvarın 3-də onu həbs etmək üçün prezident iqamətgahına gələn müstəntiqlər Yon Sok Yolun mühafizəçiləri ilə saatlarla davam edən qarşıdurmadan sonra öz niyyətlərindən əl çəkiblər.

Sahil İsgəndərov
AzVision.az




Teqlər:   Koreya   prezident   yeri  





Xəbər lenti