İrəvanın keçmiş merinin varidatının müsadirəsi tələb edilir

İrəvanın keçmiş merinin varidatının müsadirəsi tələb edilir
  08 Yanvar 2025    Oxunub:495
Ermənistanın Baş Prokurorluğu məhkəmədən Vanadzorun keçmiş meri Samvel Darbinyanın (1999-2006-cı illərdə bu vəzifədə çalışıb-red.) əmlakının müsadirə edilməsini tələb edib.
Baş Prokurorluq məhkəmədən keçmiş məmurun mal-mülkünü və pullarını qanunsuz əldə etdiyini nəzərə almağı xahiş edib.

Bununla yanaşı, qurum Samvel Darbinyana və onunla əlaqəli şəxslərə məxsus İrəvanda üç, Vanadzorda dörd daşınmaz əmlaka həbs qoyulmasını, habelə qanunsuz yolla əldə edilmiş 414 min dollardan çox pulun müsadirəsini istəyir.

Tural Tağıyev
AzVision.az



Teqlər:





Xəbər lenti