Türkiyədə kibertəhlükəsizlik idarəsi yaradılıb
Departament ölkənin kibertəhlükəsizlik strategiyasını hazırlayıb həyata keçirəcək, milli kibertəhlükəsizlik ekosistemi çərçivəsində yerli məhsul və texnologiyaları inkişaf etdirəcək, İT təhlükəsizliyi sahəsində risk və təhdidlərlə əlaqədar məsələlərlə bağlı dövlət qurumları və özəl sektorla qarşılıqlı fəaliyyət göstərəcək. Ayrıca bir vəzifə kibertəhlükəsizlik məsələləri üzrə ictimaiyyətlə ünsiyyət və mütəxəssislərin hazırlanmasıdır.
İdarənin Ankarada yerləşəcək baş ofisində 135 əməkdaş işləyəcək. Lazım gəldikdə idarənin ölkə daxilində və xaricdə filialları açıla bilər. Prezident Administrasiyasının tabeliyində olan və ona hesabat verən qurumun öz büdcəsi olacaq.
Xatırladaq ki, Türkiyədə kibertəhlükəsizliyin təminatı üçün ayrıca strukturun yaradılması zərurəti ölkənin Milli Təhlükəsizlik Şurasının 2024-cü ilin iyulunda keçirilən iclasında elan edilib.
Sahil İsgəndərov
AzVision.az
Teqlər: Türkiyə kibertəhlükəsizlik