Tailand plastik tullantılardan imtina edib

Tailand plastik tullantılardan imtina edib
  09 Yanvar 2025    Oxunub:336
Tailand fəalların illərdir apardığı kampaniyadan sonra plastik tullantıların idxalını qadağan edib.
Bu barədə “The Guardian” nəşri yazıb. Qeyd olunub ki, Tailand tarixən inkişaf etmiş dövlətlərdən plastik qəbul edərək pul qazanan Cənub-Şərqi Asiya ölkələrindən biri olub. 2018-ci ildən belə tullantılar ABŞ, Britaniya, Avropa İttifaqı üzvləri və Yaponiya tərəfindən Tailanda tədarük edilir.
Təkcə 2023-cü ildə Yaponiyadan təxminən 50 milyon kq tullantı qəbul edilib. Lakin bir çox fabrik tullantıları təkrar emal etmək əvəzinə yandırıb ki, bu da ətraf mühitə və insanlara zərər verib.

Ekoloqlar deyiblər ki, Tailand irəliyə doğru böyük bir addım atıb, ancaq plastik tullantıların idxalını qadağan edən qanun qüvvəyə mindikdən sonra səlahiyyətlilər onun icrasını təmin etməlidirlər.

AzVision.az


Teqlər:





Xəbər lenti