Ostinin gedişi Kiyevin silahlanmasına təsir edəcək - "Politico"

Ostinin gedişi Kiyevin silahlanmasına təsir edəcək    - "Politico"
  09 Yanvar 2025    Oxunub:461
Bu ay ABŞ müdafiə nazirinin dəyişməsi Ukraynaya silah tədarükünü kordinasiya edən bir qrup Qərb dövlətinin fəaliyyətinə ciddi təsir edə bilər.
Bu fikirlər “Politico”da dərc olunan məqalədəndir.

Məqalə müəllifi xatırladıb ki, Pentaqonun rəhbəri Lloyd Ostin Kiyevə yardım göstərmək üçün müttəfiqləri ilə son görüşünə gedib. O, Almaniyadadır.

Pentaqon Kiyevi 2027-ci ilə qədər silahlandırmağa hazırlaşır
"Qrup növbəti dəfə görüşəndə ​isə ​hər şey tamamilə fərqli görünəcək. Əlbəttə sual yaranır ki, onlar bundan sonra ümumiyyətlə görüşəcəklərmi?".- müəllif yazıb.

Məqalədə o da vurğulanıb ki, Ostin bu ay Pentaqonu tərk edəndə qrup ən başlıca "çirlider"ini və təşkilat qurucusunu itirəcək: "Başqa heç bir ölkə də Ostindən sonra qrupda "baş rolu" ələ almağı təklif etməyib".

Nəşr yazır ki, hakimiyyətə yeni gələn Trampın administrasiyası da Ukraynaya gələcək yardımların davamlı olacağına şübhə ilə yanaşı. "Avropadakı yeni ifrat sağçı hakim dairələr belə Kiyevə çoxlu silah göndərməkdə daha az maraqlı görünürlər. Bütün bunlar proseslərin xüsusilə təlatümlü görünən vaxtında baş verir".

Qeyd edək ki, koalisiyanın Ukrayna üzrə 25-ci iclası yanvarın 9-na planlaşdırılıb. Bu, Pentaqonun hazırkı rəhbəri Lloyd Ostin üçün sonuncu iclas olacaq. Mühüm tədbirdə Ukraynanın müdafiə naziri Rustem Umerov da iştirak edəcək.

Rusiya ilə Ukrayna arasındakı genişmiqyaslı müharibə 2022-ci ilin fevralın 24-də başlayıb. Moskva işğal zamanı qoşunları Kiyevə qədər apara bilsə də, sonradan müharibədə üstünlük nisbətən Ukraynanın tərəfinə keçib. Ukrayna qoşunları ötən ilin iyunundan əks-hücum əməliyyatlarına başladılar. Amma bu da uğurlu olmadı. Son aylarda isə Rusiya yenidən döyüş meydanındakı vəziyyəti öz xeyrinə dəyişə bilib.
Tural Tağıyev
AzVision.az









Teqlər:   Pentaqon   Ukrayna  





Xəbər lenti