Ermənilər Göyçə gölünün faunasını məhv edirlər - FOTO

   Ermənilər Göyçə gölünün faunasını məhv edirlər    - FOTO
  09 Yanvar 2025    Oxunub:420
Ermənistanda balıqların kütləvi şəkildə məhv edilməsi ilə bağlı faktlar aşkarlanıb.
Yerli media yazıb ki, Ekopatrul xidməti Göyçə gölündə qanunsuz olaraq 470 kq sıf balığını ovlayanları ifşa edib.

Ermənistanın su ehtiyatları azalıb: Göyçə gölü quruyur
Təbiətin Mühafizə müfəttişliyinin yaydığı məlumata görə isə ölkədə Ağ balıq kimi də tanınan bu növ balıqların müvəqqəti olaraq ovu və satışına qadağa qoyulub.

"Birgə həyata keçirilən tədbirlər zamanı Təbiətin Mühafizəsi müfəttişliyinin, polisin və Ekopatrul xidmətinin əməkdaşları gecə növbəsində Göyçə gölünün sahil zolağında iki brakonyerlik faktı aşkar ediblər. Yanvarın 8-də saat 20:20 radələrində ərazidə balıqçı gəmisi görünüb. Tsovaqyux kəndinin sakinləri H.G. və S.A. 54 kq ağ balığı qanunsuz ovlayıb. Yanvarın 9-da isə saat 02:15 radələrində Gil kəndi yaxınlığında sahilə yaxın balıqçı qayığı aşkarlanıb. Brakonyerlər içərisində 410 kq sıf balığı olan rezin qayığı ərazidə qoyaraq qaçıblar",- məlumatda qeyd edilib.

Bəzi saytlar cəmi iki brokonyerlik faktında bu qədər sıf balığının məhv edilməsini ekoloji terror kimi də qiymətləndiriblər.

Tural Tağıyev
AzVision.az



Teqlər:   Ermənistan   Göyçə  





Xəbər lenti