Gürcüstan Saakaşvili rejiminin cinayətlərini araşdıran komissiya yaradır

 Gürcüstan Saakaşvili rejiminin cinayətlərini araşdıran komissiya yaradır
  09 Yanvar 2025    Oxunub:375
Gürcüstan parlamenti keçmiş prezident Mixeil Saakaşvili rejiminin cinayətlərini araşdırmaq üçün komissiya yaradacaq.
Xarici KİV-in yaydığı məlumata görə, bunu hakim “Gürcü arzusu - Demokratik Gürcüstan” partiyasının icraçı katibi, parlament çoxluğunun lideri Mamuka Mdinaradze brifinq zamanı deyib.

Mixail Saakaşvili İlham Əliyevə başsağlığı verdi
Onun sözlərinə görə, komissiya 2003-2012-ci illər arasında hökumətin törətdiyi sistemli cinayətləri araşdıracaq. Mdinaradze əlavə edib ki, bu xüsusi qurum Gürcüstan parlamentinin yaz sessiyasının ilk həftəsində hazırlanacaq.

Qeyd edək ki, Mixeil Saakaşvili 1967-ci ildə Tbilisidə anadan olub. O, 2003-cü ildə Gürcüstan Prezidenti Eduard Şevardnadzenin devirilməsi ilə nəticələnən “qızılgül inqilabı”nın əsas ideoloqu və təşkilatçısı olub.
Saakaşvili 2004-cü ilin yanvarın 15-də keçirilən seçkilər nəticəsində Gürcüstan Prezidenti seçilib. 2013-cü ildə ikinci prezidentlik müddəti bitib və ölkəni tərk edib.

Siyasətçi daha sonra Ukraynaya gedib, bu ölkənin vətəndaşlığını qəbul edib və Odessa vilayətinin qubernatoru vəzifəsində çalışıb. 2021-ci ilin oktyabrın 1-də Gürcüstana qayıdandan sonra həbsə atılıb.

Tural Tağıyev
AzVision.az



Teqlər:   Gürcüstan   Saakaşvili  





Xəbər lenti