Pakistanın Baş naziri Bakıya gəlir

   Pakistanın Baş naziri Bakıya gəlir
  10 Yanvar 2025    Oxunub:367
Pakistanın Baş naziri Şahbaz Şərif fevralda Azərbaycana səfər etməyi planlaşdırır.
Bu barədə Pakistanın “The News International” nəşri mənbələrə istinadən xəbər verib. Bildirilib ki, səfər zamanı hökumət başçısını Baş nazirin müavini və xarici işlər naziri senator Məhəmməd İshaq Dar, bir sıra federal nazirlər və biznes ictimaiyyətinin nümayəndələri müşayiət edəcəklər.

Azərbaycandan sonra Pakistanın Baş naziri iki günlük səfərlə Özbəkistana gedəcək. Bu səfər zamanı o, tranzit ticarət üçün Kəraçi limanından istifadəni təklif edəcək, həmçinin əsas ticarət sazişlərini imzalayacaq.

AzVision.az



Teqlər:





Xəbər lenti