Qubernatorla deputat əlbəyaxa oldu, Paşinyan iclası tərk etdi

   Qubernatorla deputat əlbəyaxa oldu,    Paşinyan iclası tərk etdi
  10 Yanvar 2025    Oxunub:419
Ermənistanın baş naziri Nikol Paşinyanın iştirakı ilə keçirilən tədbirdə dava düşüb. Bu barədə Armlur.am məlumat yayıb.
Qeyd edilib ki, arzuolunmaz olay "Vətəndaş müqaviləsi" partiyasının iclasında baş verib.

"Bizim rusiyayönlü qüvvələr ciddi problemlərlə üzləşirlər" - Akopyan
İlk olaraq hakim fraksiyadan olan deputat Hayk Sarkisyanla Tavuş vilayətinin qubernatoru Hayk Qalumyan arasında münaqişə yaranıb.

Davaya səbəb Sarkisyanın regionda meşələrin qeyri-qanuni qırılması ilə bağlı bəyanatı olub. Deputat qubernatoru Tavuşda təhlükəli ekoloji vəziyyət yaratmaqda ittiham edib. Təhqirlərlə müşayiət olunan sözatmalar sonda davaya çevrilib: "Davanın gedişatını izləyən baş nazir iclası tərk edib. Səhiyyə naziri Anahit Avanesyan isə dava iştirakçılarına müdaxilə edib və siyasətçiləri sakitləşdirməyə çalışıb. Lakin gərginlik daha da artıb".
Tural Tağıyev
AzVision.az



Teqlər:   Ermənistan  





Xəbər lenti