İqtisadi inkişaf naziri vətəndaşları qəbul etdi

İqtisadi inkişaf naziri vətəndaşları qəbul etdi
  20 Aprel 2013    Oxunub:1260
İqtisadi inkişaf naziri Şirvan şəhərində vətəndaşları qəbul edib.
Aprelin 20-də iqtisadi inkişaf naziri Şahin Mustafayev Şirvan şəhərindəki mədəniyyət evində bu şəhərdən, həmçinin Saatlı, Sabirabad, Hacıqabul, Neftçala, Salyan, Biləsuvar, İmişli, Kürdəmir və Cəbrayıl rayonlarından olan vətəndaşları qəbul etmişdir.

Qəbula gələn sakinlərin müraciətləri əsasən güzəştli kreditlərin verilməsi, sahibkarlıq fəaliyyəti, işə qəbul, eləcə də nazirliyin səlahiyyətlərindən kənar digər məsələlərlə bağlı olub.

Qəbul zamanı vətəndaşları narahat edən bəzi məsələlər yerindəcə həll edilib, nazirliyin səlahiyyətlərinə aid olmayan müraciətlər isə müvafiq orqanlara çatdırılmaq üçün qeydə alınaraq nəzarətə götürülüb.

AzVision.az


Teqlər:  





Xəbər lenti