FTB-nin direktoru Trampa görə işdən gedir
“Sizə deməliyəm ki, FTB-dən ayrılmaq qərarım indiyə qədər verməli olduğum ən çətin qərarlardan biri idi. Lakin yeni seçilmiş prezident dəyişiklik etmək niyyətində olduğunu açıq şəkildə bildirib. O, qanunla bunu hər hansı səbəbdən və ya heç bir səbəb olmadan edə bilər. Mən öz administrasiyasında təyinatlar üçün namizədlərlə bağlı Trampın qərarlarına təsir etmək niyyətində deyiləm. Çünki araşdırmalara siyasət və ya siyasi tərəfkeşlkik yox, faktlar və qanun rəhbərlik edir”, - Kristofer Rey vurğulayıb.
Qeyd edək ki, Kristofer Rey, o cümlədən FTB tarixindəki ən böyük işə - 2021-ci ildə Kapitoliyə hücumun araşdırılmasına rəhbərlik edib. Lakin Donald Tramp bu iş üzrə ittiham olunan 1500 nəfərin çoxunu əfv edəcəyinə söz verib.
Kristofer Rey vəzifədən getdikdən sonra onun müavini Pol Ebeyt FTB-nin direktoru vəzifəsini icra edəcək.
Sahil İsgəndərov
AzVision.az