Papoyan: "Ermənistanın Aİİ-dən çıxması gündəmdə deyil"

   Papoyan:    "Ermənistanın Aİİ-dən çıxması gündəmdə deyil"
  13 Yanvar 2025    Oxunub:492
"Ermənistan Avrasiya İqtisadi İttifaqının üzvü kimi qalır, ittifaqdan çıxmaq məsələsi hökumətin gündəmində deyil".
Bu sözləri Ermənistanın iqtisadiyyat naziri Gevorq Papoyan ölkədə 2024-cü ilin yekunlarına dair məlumatda dilə gətirib. O diqqətə çatdırıb ki, "bu, Avropaya inteqrasiya prosesi ilə ziddiyyət yatarmır".

"Bu məsələlər bir-biri ilə paraleldir. Əsas vəzifəmiz ittifaqlardan hansınısa seçmək yox, istər Avropa İttifaqı (Aİ), istər Avrasiya İqtisadi İttifaqında (Aİİ), yaxud başqa yerdə iqtisadi sabitliyi artırmaqdır", - o deyib.
Ermənistan Aİ yolunu seçir

Xatırladaq ki, Ermənistanın Avropa İttifaqına (Aİ) qəbulu prosesinə başlamaq məqsədilə qanun layihəsi təsdiqlənmək üçün ölkə parlamentinə göndərilib.

Firudin Həmidli
AzVision.az


Teqlər:   Ermənistan   Aİİ    





Xəbər lenti