Smotriç: "HƏMAS-la razılıq milli təhlükəsizliyə zərbədir"

      Smotriç:    "HƏMAS-la razılıq milli təhlükəsizliyə zərbədir"
  13 Yanvar 2025    Oxunub:486
"Fələstinin HƏMAS terror təşkilatı ilə atəşkəs və əsir mübadiləsi üzrə razılığa gəlmək milli təhlükəsizliyimiz üçün fəlakətə çevriləcək".
Bu sözləri İsrailin ifrat sağçı qanada malik maliyyə naziri, Dini Sionizm Partiyasının sədri Betsalel Smotriç "X" hesabında yazıb. Nazir bildirib ki, o, sözügedən razılaşmanın əleyhinədir.

"Belə bir razılıq terrorçuların məsuliyyətdən yayınması, müharibənin dayandırılması, çoxlu qan tökməklə qazandığımız nailiyyətlərin puça çıxması və əksər əsirlərin öz talelərinə buraxılması deməkdir. Mən və partiyam bu təslim müqaviləsinə qoşulmayacağıq", - o vurğulayıb.

Razılaşma həyata keçirilərsə, hökumətdən istefa verəcəyinə eyham vuran Smotriç İsraili müharibəni başa çatdırmamağa, əksinə, Qəzza zolağında HƏMAS-ı tamamilə aradan qaldıranacan döyüşməyə çağırıb.
Reuters: "İsrail-HƏMAS razılaşmasının yekun layihəsi tərəflərə çatdırılıb"

Xatırladaq ki, İsrail ilə Fələstinin HƏMAS terror təşkilatı danışıqların əsas vasitəçisi Qətər tərəflər arasında atəşkəs və əsir mübadiləsi üzrə sazişin yekun layihəsini hazırlayaraq onlara çatdırıb. Hazırda İsrail tərəfindən təsdiqlənən sazişə HƏMAS qruplaşmasının da qol qoyması gözlənilir.

Firudin Həmidli
AzVision.az


Teqlər:   Qəzza   əsir-mübadiləsi  





Xəbər lenti