Türkiyə qanlı terrorun təşkilatçısını yaxalayıb

   Türkiyə qanlı terrorun    təşkilatçısını    yaxalayıb
  13 Yanvar 2025    Oxunub:469
2013-cü ildə Türkiyənin Reyhanlı şəhərində 53 nəfərin ölümü ilə nəticələnən terror aktını törədənlərdən biri Mühəmməd Dib Koralı Türkiyə kəşfiyyatı (MİT) tərəfindən Suriyada saxlanılıb.
AzVision.az xəbər verir ki, müstəntiqlərin fikrincə, Mühəmməd Dib Koralı terror aktının əsas təşkilatçılarından biridir.

Sözügedən terror aktı 2013-cü il mayın 11-də Türkiyənin cənubunda, Türkiyə-Suriya sərhədinə yaxın Reyhanlı şəhərində törədilib. Şəhər meriyasının yaxınlığında və şəhərin sənaye bölgəsində bir-birinin ardınca 15 dəqiqə ərzində baş verən iki bomba yüklü avtomobilin partlaması 53 insanın ölümünə, 155 nəfərin yaralanmasına və bir neçə binanın dağılmasına səbəb olub.

Həmin gün şəhərdə baş verən daha bir partlayış isə, avtomobilin yanacaq çəninin partlaması kimi təsnif edilib.

Sahil İsgəndərov
AzVision.az


Teqlər: Reyhanlı   terror   təşkilatçı  





Xəbər lenti