Çin “TikTok”u İlon Maska sata bilər
“Pekin rəsmiləri “TikTok” platformasının “ByteDance” şirkətinə məxsus qalmasını istəyirlər və şirkət buna məhkəmələr vasitəsilə nail olmağa çalışır. Lakin hakimələr yanvarın 10-da keçirilən dinləmələrdə qanuna riayət edəcəklərini bildiriblər. Çinin yüksək vəzifəli məmurları İlon Maskın prezident Donald Trampın administrasiyasının işinə cəlb olunacağı halda, Ağ Evlə necə əməkdaşlıq etmək barədə müzakirələrin bir hissəsi kimi, bu ehtimalla bağlı planları artıq müzakirə etməyə başlayıblar”, - mənbələr agnetliyə bildiriblər.
Pekində müzakirə edilən ssenarilərdən birinə əsasən, İlon Maskın “X” sosial şəbəkəsi “TikTok” platformasının Amerika bölməsinə nəzarəti ələ keçirəcək. “Bloomberg” nəşrinin hesablamalarına görə, ABŞ-də 170 milyon nəfərlik auditoriyası olan “TikTok” şəbəkəsinin Amerika bölməsinin dəyəri 40-50 milyard dollara çata bilər.
Donald Tramp yanvarın 20-də, bu paltformanın qadağan olunduğu günün sabahı prezident vəzifəsində işə başlayacaq. O, Ali Məhkəmədən “bu proseslərdə məsələlərin siyasi həllinə nail olmaq” üçün qadağanı təxirə salmağı xahiş edib. “The Wall Street Journal (WSJ)” qəzetin Trampın seçkilərdəki qələbəsindən sonra “TikTok” şəbəkəsinin rəhbəri Şou Tszı Çunun İlon Maskla yazışmalara başladığını iddia edib.
Sahil İsgəndərov
AzVision.az
Teqlər: