“Energetikadan başlayaraq ABŞ-nin heç bir sahədə heç bir rəqibə ehtiyacı yoxdur, o, Avropa İttifaqının (Aİ) enerji rifahının əsasını məhv etmək üçün terror tədbirlərinə icazə verməkdən çəkinmir, özünün enerji rifahını təhrik edir. Ukraynalı “müştəri”lərini “Şimal axını”nın ardınca “Türk axını”nı da sıradan çıxarmağa qısqırdır”, - Rusiya XİN-in rəhbəri vurğulayıb.
Onun sözlərinə görə, ədalətli rəqabətdən imtina və rəqibləri sıxışdırmaq üçün ədalətsiz, aqressiv üsullardan istifadə ABŞ və onun müttəfiqlərinin beynəlxalq arenada Rusiya, Çinə və digərlərinə qarşı hərəkətlərinin əsasını qoyduğu sanksiya siyasətində özünü göstərir.
- İdman sahəsi isə ədalətli yarışların, ədalətli rəqabətin özünü hər şeydə qalib elan etmiş ölkənin maraqlarına xidmət edən davamlı dastandır”, - Sergey Lavrov deyib.
Rusiyalı nazirin “Türkiyə axını”nın hədəfə alınması barədə dedikləri dünən Ukrayna PUA-larının Qara dənizin dibi ilə keçən bu qaz kəmərinin giriş nöqtəsi olan “Russkaya” kompressor stansiyasına hücum cəhdi ilə bağlıdır. “Türk axını”nın iki qolundan biri bütünlüklə Avropaya yönələrək, Rusiya qazını Serbiyaya, Slovakiyaya, Macarıstana və Bolqarıstana çatdırır ki, ilk üş ölkə də kollektiv Qərbin Moskvaya qarşı apardığı siyasətin sərt tənqidçiləridirlər. Onlar hətta Aİ-nin Rusiyaya qarşı tətbiq etdiyi sanaksiyaların və Ukraynaya yardım paketlərinin qəbulunu əngəlləməy çalışırlar.
Bu baxımdan, Rusiya qazını Ukrayna ərazizindən keçməklə sözügedən ölkələrə çatdıran qaz kəmərinin yanvarən birindən fəaliyyətinin rəsmi Kiyevin qərarı əsasında tamamilə dayandırılması “enerji dəyənəyi”nin əks istiqamətdə işə salınması təsəvvürünü yaradır. “Türk axını”na isə məhz Ukrayna pilotsuz təyyarələrinin hücum cəhdi isə bu ehtiamlı daha da gücləndirir ki, lazımi göstərişin də Bayden administrasiyaslndan gəldiyi şübhə doğurmur.
Yeri gəlmişkən, böyük həcmdə Rusiya qazını Avropaya nəql edən “Şimal axını – 1” və hələ istifadəyə verilməmiş “Şimal axını -2” qaz kəmərlərinin 2022-ci il sentyabrın 26-da partladılması ətrafında ABŞ-nin rəhbərliyi altında kollektiv Qərbin ortaya atdığı “müəmmalar” oyunu həmin hadisənin arxasında kimlərin dayandığına heç bir şübhə yeri qoymur.
Məşhur amerikalı tədqiqatçı-jurnalisti Seymur Xerş bu partlayışların borbaşa ABŞ-nin və Norveçin təşkilatçılığı və iştirakı ilə həyata keçirildiyini iddia edir. O, öz ittihamını ABŞ prezidenti Co Baydenin hələ 2022-ci il fevralın 15-də Rusiyanı xəbərdar etməsi barədə verdiyi açıqlama ilə əsaslandırıb.
“Rusiyanın Ukraynaya hərbi müdaxiləyə başlamasına doqquz gün qalmış, Ukrayna ətrafındakı vəziyyəti həll etmək üçün Bayden “diplomatiyaya şans verməyə” çağırdı və münaqişə başlayarsa, “Şimal axını - 2”nin işə yaramayacağı barədə xəbərdarlıq etdi. ABŞ prezidenti qaz kəmərinin dağıdılmasından yox, onun istismara verilməyəcəyindən danışıb”, - onda Ağ Evin mətbuat xidmətinin rəhbəri Karin Jan-Pyer şefinin nə demək istədiyiniə “aydınlıq” gətirmişdi.
Amma belə “aydınlıq” ABŞ və onun satellitlərinin səmimiyyətinə inam hisslərini daha da qaranlıqlaşdırdı. Başqa sözlə desək, yatanları da ayıltdı.
Bloomberg: “Avropa maye qaz uğrunda qlobal mübarizəyə başlayacaq” |
Sahil İsgəndərov
AzVision.az