O, iddia edib ki, Rusiya Federasiyası ilə münasibətlər həmişəkindən daha praktikdir: "Biz bu münasibətləri qarşılıqlı faydalı əməkdaşlığa və suverenliyə əsaslanaraq inkişaf etdirməyə çalışırıq”.
Vanetsyan: "ABŞ ilə saziş bizi yeni fəlakətə sürükləyəcək" |
Qeyd edək ki, son zamanlar Rusiya-Ermənistan münasibətləri gərginliyin pik həddinə çatıb.
Yanvarın 9-da Ermənistan hökuməti ölkənin Avropa İttifaqına (Aİ) daxil olması haqqında qanun layihəsini təsdiqləyib. Ölkə rəhbərliyi Ermənistanın Aİ-yə üzvlük prosesinin başlandığını elan edib. Ermənistanın baş naziri Nikol Paşinyanın qeyd edib ki, ölkənin bloka daxil olması ilə bağlı qərar yalnız ümumxalq səsverməsi yolu ilə qəbul edilə bilər.
Rusiyadan bu məsələyə sərt reaksiyalar gəlir. Rusiya Baş nazirinin müavini Aleksey Overçuk deyib ki, Ermənistanın Avropa İttifaqına daxil olması ölkənin Avrasiya İqtisadi İttifaqına (Aİİ) üzvlüyü ilə bir araya sığmır.
Dünən isə Ermənistanın xarici işlər naziri Ararat Mirzoyan və ABŞ dövlət katibi Entoni Blinken iki ölkə arasında strateji tərəfdaşlığı nəzərdə tutan sənəd imzalayıblar.
Sputnik Armeniya yazıb ki, İrəvan və Vaşinqtonun razılaşdırdığı bu sənəd amerikalıların Ermənistana “dəstəy”ini nəzərdə tutur. Razılaşma bir sıra əsas sahələri əhatə edir.
Erməni baş nazirin ABŞ-ni özünə strateji tərəfdaş seçməsi müxalidətdə birmənalı qarşılanmayıb. Məsələn, Ermənistan Milli Təhlükəsizlik Xidmətinin (MTX) keçmiş direktoru, "Vətən" partiyasının rəhbəri Artur Vanetsyan İrəvanın ABŞ ilə strateji tərəfdaşlıq haqqında saziş imzalamasını sərt şəkildə tənqid edib.
Vanetsyan sazişi tələsik atılmış addım adlandırıb. Keçmiş təhlükəsizlik məmurunun sözlərinə görə belə bir addımın mümkün nəticələr də nəzərə alınmayıb: "Bu siyasət ölkəmizə yeni fəlakət gətirmək təhlükəsi yaradır".
Tural Tağıyev
AzVision.az