Tramp andiçmə zamanı terrorla üzləşə bilər - "Politico"

   Tramp andiçmə zamanı terrorla üzləşə bilər    - "Politico"
  15 Yanvar 2025    Oxunub:317
ABŞ-nin yeni prezidenti Donald Trampın yanvarın 20-də təşkil olunacaq andiçmə mərasimi terrorçuların və ekstremistlərin hədəfinə çevrilə bilər.
Bu fikirlər “Politico”da dərc olunan məqalədəndir. Nəşr Federal Təhlükəsizlik Bürosunun (FTB) xüsusi hesabatına istinad edib.

Rusiya XİN: "Bayden vida nitqində ölkələrə necə zərər verdiyini açıqladı"
“Xarici terrorçular, yerli ekstremistlər və "tənha canavarlar" yalandan bomba qoyulması ilə bağlı hədələr səsləndirə bilərlər. Bundan başqa, həmin gün yalan informasiyalara əsaslanan zənglər gələ, havaya dronlar qaldırıla və ya kütlənin üzərinə avtomobil sürülə bilər”,- məqalədə yazılıb.

Nəşrin məlumatına görə, digər hüquq-mühafizə orqanlarının əməkdaşları da hərəkətə keçiblər. Onlar ekstremistlərin Trampın prezident vəzifəsinin icrasına mane ola biləcəyindən narahatlıq keçirdiklərini gizlətmirlər.

Bundan əlavə, FTB-nin hesabatında qeyd edilib ki, əsas təhlükə terror hücumlarında potensial iştirakçı sayılann İran strukturları tərəfindən yaranır.

Qeyd edək ki, ABŞ-nin gələcək dövlət başçısının andiçmə mərasimi yanvarın 20-də baş tutacaq.

ABŞ prezidentlərinin andiçmə mərasimi ilə bağlı maraqlı faktlar

İlk inauqurasiya 1789-cu il aprelin 30-da o zaman ABŞ-nin paytaxtı olan Nyu-Yorkda baş tutub. Həmin vaxt Corc Vaşinqton and içib.

Andiçmədə ən qısa nitq Corc Vaşinqtona məxsusdur: 1793-cü ildə o, cəmi 135 sözdən istifadə etməklə kifayətlənib.

Ən uzun çıxışı isə 1841-ci ildə Uilyam Henri Harrison edib. O, təxminən iki saat danışıb.

1921-ci ildə Uorren Hardinq ilk dəfə inauqurasiya mərasiminə avtomobillə gedib və 1977-ci ildə Cimmi Karter də xalqa daha yaxın olmaq üçün yolun bir hissəsini piyada gəzib.

2009-cu ildə Barak Obamanın andiçmə mərasiminə təxminən 1,8 milyon insan gəlmişdi. Bu, ABŞ-də məlum mərasimlərin tarixində mütləq rekord sayılır.


Tural Tağıyev
AzVision.az



Teqlər:   ABŞ   Andiçmə  





Xəbər lenti