Moskva Vaşinqtona cavab hazırlayır

Moskva Vaşinqtona cavab hazırlayır
  15 Yanvar 2025    Oxunub:308
ABŞ-nin Rusiyanın neft sektoruna qarşı sanksiyalarına Moskvanın cavabı onların təsirini minimuma endirməli və Rusiya şirkətlərinin maraqlarına cavab verməlidir.
AzVision.az bildirir ki, Rusiya prezidenti Valdimir Putinin mətbuat katibi Dmitri Peskov belə açıqlama verib.

“Biz vəziyyəti diqqətlə təhlil edirik. Təbii ki, burada söhbət bu qanunsuz tədbirlərin nəticələrini minimuma endirən, ölkəmizin və şirkətlərimizin maraqlarına ən yaxşı şəkildə xidmət edən tədbirlərin görülməsindən gedir”, - Dmitri Peskov ABŞ-nin Rusiyanın neft sektoruna qarşı sanksiyalarına cavab verilib-verilməyəcəyi ilə bağlı jurnalsitlərin sualının cavabında deyib.

O, Rusiyanın cavabının eyni məzmun daşıyacağı ilə bağlı suala “Heç nəyi istisna etmək olmaz” cavabını verib. Peskov, Rusiyanın maraqlarına ən yaxşı cavab verəcək addıçın atılacağını vurğulayıb.

ABŞ Rusiyaya qarşı sanksiya siyahılarını genişləndirib
Qeyd edək ki, ABŞ-nin artıq vəzifədən getməkdə olan indiki hakimiyyətinin yanvarın 10-da Rusiyanın neft sektorundakı şirkətlərə qarşı elan etdiyi yeni sanksiyalar nəticəsində Rusiya neftini daşıyan təxminən 65 neft tankeri Çin, Rusiya və Sinqapur sahillərində dayanıb.


“Reuters” agentliyinin məlumatına görə, beş tanker Çin yaxınlığında, yeddisi Sinqapurda, qalanları isə Baltik dənizi və Uzaq Şərqdə lövbər salıb. Ekspertlər dünya neft tankerləri donanmasının təxminən 10%-nin ABŞ-nin yeni məhdudiyyətlərinə məruz qaldığını iddia edirlər. Həmçinin, neft tankerlərinin kirayə qiymətlərinin 15-35% artdığı bildirilir.

Sahil İsgəndərov
AzVision.az


Teqlər:   ABŞ   Rusiya   cavab  





Xəbər lenti