Livanın erməni əsilli biznesmeni öldürüldü

 Livanın erməni əsilli biznesmeni öldürüldü
  16 Yanvar 2025    Oxunub:301
Livanın erməni əsilli məşhur biznesmeni Vaçe Arslanyan öldürülüb.
AzVision.az xəbər verir ki, bu barədə yerli erməni nəşri olan "Arevelk" öz mənbəsinə istinadən məlumat yayıb. Qeyd edilib ki, o Beyrutda öldürülüb.
Mənbənin sözlərinə görə, insident paytaxtın Əşrəfiyə rayonunda baş verib.
"Bəzi məlumatlara görə, qətlin motivi quldurluq olub. Arslanyan evində əl-qolu bağlanaraq döyüldükdən sonra öldürülüb", -məqalədə yazılıb.

Hadisənin digər təfərrüatları açıqlanmayıb. Qətl zamanı Arslanyanın ailə üzvləri evdə olmayıblar.
Tural Tağıyev
AzVision.az



Teqlər: Livan  





Xəbər lenti