Paşinyanın imzaladığı sərəncamla xidmətin yeni rəhbəri Siro Amirxanyan olub. Qeyd edək ki, Məhkəmə Aktlarının Məcburi İcrası Xidmətinin rəhbəri vəzifəsi bir ay idi ki, boş idi. Paşinyanın ötən ay xidmətin rəhbəri vəzifəsinin müvəqqəti icraçısı Arsen Mnatsakanyanı işdən azad etmişdi.
Ermənistanın Penitensiar Xidmətinin rəhbəri ilk dəfə qadın olacaq |
Xatırladaq ki, Paşinyan ötən ilin sonlarından ölkədə "məmur islahataları" şousuna başlayıb. Yerli media bunu seçkilərə erkən hazırlıq kimi qiymətləndirir. O, Ermənistan Daxili İşlər Nazirliyinə nazir müavini postunu tutmuş Arpine Sarkisyanı gətirmişdi. Keçmiş daxili işlər naziri Vahe Qazaryanla isə digər nazirlərlə bərabər baş nazirin "xahişi" ilə istefa vermişdilər. Bundan sonra Ermənistan prezidenti Vaaqn Xaçaturyan bir neçə sərəncam imzaladı.
Sərəncamlara əsasən, Ermənistanın daxili işlər naziri Vahe Kazaryan ilə Ərazi İdarəetmə və İnfrastruktur naziri Qnel Sanosyan öz vəzifələrini rəsmən tərk etdilər. Bundan başqa, ərazi idarəetmə və infrastruktur naziri Qnel Sanosyan, Dövlət Gəlirləri Komitəsinin rəhbəri Rüstəm Badasyan, İstintaq Komitəsinin rəisi Argişti Kərəmyan vəzifədən uzaqlaşdırılıblar. Həmçinin, Ermənistanın Korrupsiyaya Qarşı Mübarizə Komitəsinin rəhbəri Sasun Xaçatryan və Ali Məhkəmə Şurasının rəhbəri Karen Andreasyan da vəzifələrini tərk ediblər.
Tural Tağıyev
AzVision.az